“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Rekord.az xəbər verir ki, İldar Ələkbərov bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. 20 yaşlı vingerlə bağlanmış müqavilənin müddəti 3 ildir.

“Zenit” Futbol Akademiyasının yetirməsi olan İldar, karyerası ərzində Rusiyanın “Stroqino” (Moskva) və “Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.