“Keşlə”nin son turda məğlub olmamasına və qol buraxmamasına baxmayaraq, klubun rəhbəri Zaur Axundov Qəbələdəki nəticədən narazı qalıb.

Rekord.az xəbər verir ki, Axundovi narazı salan futbolçularının yarım saata yaxın azlıqda oynayan rəqibə qol vura bilməməsi olub. Məhz bu səbəbdən matçdan sonra futbolçularını danlayıb onlara öz iradını çatdırıb.

Qeyd edək ki, “Qəbələ” – “Keşlə” matçı 0:0 hesabı ilə başa çatıb.