Zaqatalada basketbol üzrə rayon birinciliyi keçirilib
- 10:00
- 32
Zaqatala rayonunda 12 Noyabr-Konstitusiya Gününə həsr edilmiş yeniyetmələr arasında basketbol idman növü üzrə Zaqatala rayon birinciliyi təşkil edilmişdir.
Rekord.az xəbər verir ki, birincilik Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektoru tərəfindən Zaqatala şəhəri N.Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirilmişdir.
Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışdır.