Albaniya çempionatında 2025/26 mövsümünün final mərhələsinə start verilib.


Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Elbasani” ilə qarşılaşıb və 4:0 hesabıyla qalib gəlib.


Start heyətdə meydana çıxmış Əliyev 88-ci dəqiqədə əvəzlənib. O, 36-cı dəqiqədə sarı vərəqə də alıb.


“Eqnatiya” hazırda 31 xalla final mərhələsində mübarizə aparan dörd komanda arasında 1-ci pillədə qərarlaşıb.