Albaniya çempionatında 34-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə Tirana “Dinamo”su ilə qarşılaşıb.


Matç həmyerlimizin komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2. 


Əliyev də bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçumuz 72-ci dəqiqədə əvəzlənib.


“Eqnatiya” hazırda 54 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.