“Sabah”ın yeni stadionunda “Masazır tribunası”
- 22:00
- 32
Bundan sonra ev oyunlarını “Dalğa Arena”da keçirəcək “Sabah” maraqlı addım atıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bunlar qeyd edilib:
“İllərdir yanımızda olan, sevincimizi, kədərimizi və qələbələrimizi bizimlə bölüşən Masazır sakinlərini unutmuruq! Yeni evimiz “Sabah Arena”da onların sevgisi və sədaqətinin rəmzi olaraq “Masazır tribunası” fəaliyyət göstərəcək. Stadionumuz dəyişsə də, dəyərlərimiz dəyişmir!”