Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb.


Rekord.az xəbər verir ki, o, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.


Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.Bundan əlavə, Fəridə Lüftəliyeva oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.


Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.