Kişi voleybolçuların Super Liqasında 2026-2027-ci illər mövsümünə oktyabrın 23-də start veriləcək. "Rekord.az" xəbər verir ki, birinci turun oyunları oktyabrın 23-24-də keçiriləcək.

Turun ilk günü GİN-in Voleybol Mərkəzində iki qarşılaşma baş tutacaq. Saat 16:00-da “AZERRAIL” və “Gənclər”, saat 18:00-da isə “Murov Az Terminal” və “ORDU” komandaları qarşılaşacaqlar.

İlk turun son oyunu oktyabrın 24-də FHN-in idman zalında keçiriləcək. Saat 17:00-da başlayacaq görüşdə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında altı komanda — “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” iştirak edirlər. Yarışlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.

İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.

 

Super Liqa

I tur

23 oktyabr

   16:00. “AZERRAIL” - “Gənclər”

   18:00. “Murov Az Terminal” - “ORDU”

24 oktyabr

   17:00. “Xilasedici” - “Neftçi”