“Yuventus” sabiq qapıçısını geri qaytardı
- 20:30
- 37
Braziliyalı qapıçı Norberto Neto karyerasını yenidən İtaliya təmsilçisi "Yuventus"da davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayb.
37 yaşlı qolkiper "ağ-qaralar"la 2027-ci ilin yayındaək müqavilə imzalayıb.
Neto daha əvvəl də "qoca sinyora"nın formasını geyinib. O, 2015–2017-ci illərdə komandanın heyətində çıxış edib və iki mövsüm ərzində 22 matça çıxıb.
Neto "Yuventus"dakı ilk dönəmində 2 dəfə A Seriyasının, 2 dəfə İtaliya Kubokunun və 1 dəfə İtaliya Superkubokunun qalibi olub.
Turin klubundan ayrıldıqdan sonra braziliyalı qapıçı karyerasını İspaniya və İngiltərədə davam etdirib. O, 5 il ərzində "Valensiya" və "Barselona", daha sonra isə 3 mövsüm "Bornmut" və "Arsenal"da forma geyinib.