Yohan Kroyfun oğlu “Ayaks”da
- 18:00
- 26
Niderland millisinin keçmiş futbolçusu Yohan Kroyfun oğlu Yordi Kroyf "Ayaks"da çalışacaq.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, texniki direktor vəzifəsinə təyin olunub.
51 yaşlı Y.Kroyf 2026-cı ilin fevralında işə başlayacaq. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Yordi Kroyf bu ildən İndoneziya millisinin strateji məsləhətçisi kimi fəaliyyət göstərirdi. O, daha əvvəl "Şençjen", "Çunqin Lifan", Ekvador millisi və İsrailin "Makkabi" (Təl-Əviv) klubunda, həmçinin "Barselona"da işləyib.