16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzub


Rekord.az xəbər verir ki, komanda Rumıniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə görüşdə 1:7 hesabı ilə uduzub.


Daha əvvəl yığma Litvaya 1:4 hesabı ilə məğlub olmuşdu.


Görüşlər Binə stadionunda keçirilir.


Xatırladaq ki, U-16 mayın 11-də, saat 12:00-da isə Gürcüstanla üz-üzə gələcək.