Yığmamız avroliqada Yunanıstana uduzdu
- 19:50
- 38
Voleybolçu kişilərdən ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə başlayıb. "Rekord.əz" xəbər verir ki, komandamız ilk oyunda Yunanıstanla üz-üzə gəlib.
İsveçdə baş tutan qarşılaşma rəqibin üstünlüyü ilə keçib. Boris Qrebennikovun rəhbərlik etdiyi komandamız meydandan quru hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, millimiz növbəti oyununu sabah meydan sahibi İsveçə qarşı keçirəcək.