Yevlaxda voleybol turniri keçirilib
- 10:30
- 30
Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbdə Yevlax rayonu üzrə gənclər və idman sektoru, Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə voleybol idman növü üzrə ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında rayon turniri keçirilmişdir.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında voleybol idman növünə olan marağın artırılması, onların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği və perspektivli idmançıların üzə çıxarılmasından ibarətdir.