"Karvan"ın Yevlaxa dönüşünə az qalıb.   

Rekord.az-a açıqlama verən klubun vitse-prezidenti Kənan Kərimov son durum haqda məlumat verib. 

O, işlərin yekunkaşdığını bildirib: "İşlər demək olar ki, yekunlaşıb və FİFA-nın nümayəndəsi gəlib rəy verməlidir. Əslində ötən gün gəlib baxıblar, həmin şəxslə mən özüm də görüşmüşəm. Sadəcə, rəy verilməsi prosesi 10-15 gün çəkə bilər. Çox ümid edirik ki, ən qısa zamanda rəqiblərimizi Yevlaxda qəbul edə biləcəyik".