
Yevlax stadionundan ən son xəbər
- 15:00
- 78
Bu gedişlə "Karvan" nəinki oktyabr, heç noyabrda da Yevlaxa qayıda bilməyəcək.
Rekord.az xəbər verir ki, klubdan verilən açıqlamada stadionun hazır olduğu, süni örtüyün döşəndiyi deyilmişdi.
Hətta gözlənilirdi ki, "Karvan" oktyabrdan ev oyunlarını doğma rayonda keçirəcək. Lakin PFL-in açıqladığı təqvimdən görünür ki, "Karvan" noyabrın sonunda "Kəpəz"i də Şamaxıda qəbul edəcək. Belə olan halda son durumu öyrənmək üçün yenidən Yevlax klubu ilə əlaqə saxladıq. "Karvan"ın mətbuat katibi Bəhruz Həmidov sualımıza belə cavab verdi: "Stadion hazırdı. Sadəcə, FİFA baxış keçirib sertifikat verməlidir, onların yolunu gözləyirik. Bundan sonra isə PFL gəlib təftiş edəcək".