
Yevlax stadionuna FİFA sertifikatı verilə bilər
- 08 Okt 2025 11:00
- 142
Qazonu yenilənən Yevlax stadionuna FİFA sertifikatı verilə bilər.
Rekord.az xəbər verir ki, bu həftə stadiona baxış keçiriləcək.
Bu haqda məlumatı saytımıza "Karvan"ın mətbuat katibi Bəhruz Musayev verib.
Qeyd edək ki, Yevlax stadionunun təbii örtüyü dağıdılaraq, əvəzinə süni örtük döşənib.