Yarımfinalın bütün iştirakçıları bəlli oldu
- 03 Apr 2026 22:39
- 35
Qadın voleybolçuların Yüksək Liqasında bütün yarımfinalçılar bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində 1/4 finalın son oyunları keçirilib.
İlk olaraq meydana “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları çıxıblar. Cütün ilk qarşılaşmasında olduğu kimi bu dəfə də “Milli Aviasiya Akademiyası” qalib gəlib.
Günün ikinci matçı “Gəncə” və UNEC klubları arasında olub. İlk oyunda qələbə qazanan “Gəncə” bu dəfə də meydandan qalib ayrılıb.
Beləliklə, “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları iki qələb qazanaraq yarımfinala yüksəliblər.
Qeyd edək ki, yarımfinalın digər iştirakçıları “Turan” və “DH Volley” komandalarıdır.
Yüksək Liqa (qadınlar)
3 aprel
1/4 final (2-ci oyun)
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:1 (25:18, 18:25, 25:19, 25:18)
“Gəncə” – UNEC 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9)