ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinin cütləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/4 finalın son oyunundan sonra aydınlıq gəlib.


Bu mərhələdə aşağıdakı qarşılaşmalar keçiriləcək:


14 iyul

23:00. Fransa – İspaniya


15 iyul

23:00. İngiltərə – Argentina


Qeyd edək ki, mundialın üçüncü yer uğrunda oyunu və final qarşılaşması iyulun 19-da keçiriləcək.