Yardımlıda akrobatika gimnastikası üzrə 31-ci və aerobika gimnastikası üzrə 10-cu Azərbaycan çempionatı keçiriləcək.


Rekord.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışlar avqustun 19-20-də təşkil olunacaq.


Yardımlı Olimpiya İdman Kompleksində baş tutacaq çempionatı izləmək istəyən tamaşaçılar üçün giriş sərbəst olacaq.