Millimizin AVRO-2026-ya hazırlıqları Bakıda davam edir
- 14:58
- 14
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir. "Rekord.az" xəbər verir ki, komandamızın məşqləri GİN-in Voleybol Mərkəzində təşkil olunur.
Millimizin
Bakıdakı təlim-məşq toplanışı çərçivəsində Latviya və Belarus yığmaları
ilə yoxlama oyunları keçirməsi də planlaşdırılır.
Qeyd
edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda
təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya,
Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
Oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında
keçiriləcək.