Polşa çempionatında 2-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Rakuv” səfərdə "Şlansk"ın qonağı olub.


Matç "Şlansk"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Emreli əsas heyətdə yer alıb və 60-cı dəqiqədə hesabı açaraq komandasını hesabda irəli çıxarıb. O, matçın 73-cü dəqiqəsində əvəzlənib.


Bu, Mahir Emrelinin "Rakov"un heyətində ikinci qoludur. O, daha əvvəl Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da fərqlənməyi bacarıb.