Yunan futbolçu “Borussiya”da
- 17:00
- 16
Dortmund “Borussiya”sı Belçikanın “Genk” klubunun yarımmüdafiəçisi Konstantinos Karetsasın transferini rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, Almaniya təmsilçisi 18 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Transfer bonuslar da daxil olmaqla “Borussiya”ya 32 milyon avroya başa gəlib.
Yunanıstanlı yarımmüdafiəçi ötən mövsüm Belçika çempionatında “Genk”in heyətində 34 oyuna çıxıb, 10 məhsuldar ötürmə ilə yadda qalıb.