Leonid Slutski "Şanxay Şenxua"nın baş məşqçisi vəzifəsindən ayrılıb.


Rekord.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu barədə Çin çempionatının 21-ci turunda "Lyaonin Tieren"ə 1:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında açıqlama verib.


Klubun yaydığı rəsmi bəyanatda bildirilib ki, komandanın bu mövsüm göstərdiyi nəticələr gözləntiləri doğrultmadığı üçün məşqçilər korpusunda dəyişiklik edilməsi qərara alınıb.


Slutski 2024-cü ilin yanvarından "Şanxay Şenxua"ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda iki dəfə Çin superkubokunu qazanıb və iki mövsüm ardıcıl ölkə çempionatını ikinci pillədə başa vurub.