Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla görüşüb
- 13:20
- 26
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Türkiyənin "Fənərbağça" klubunun prezidenti Aziz Yıldırımla Bakıda əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.
Bu barədə Rekord.az-a Tovuz təmsilçisinin mətbuat xitmətindən məlumat verilib.
Müzakirələr zamanı "Turan Tovuz" – "Fənərbağça" yoldaşlıq oyununun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.
Bununla yanaşı, tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.