PFL-in stadionların işıqlandırılması ilə bağlı sərt addımlar atması "Şamaxı"nı da hərəkətə gətirib.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi artıq bu yöndə danışıqlara başlayıb.

Əgər hər şey plan üzrə getsə, Şamaxı stadionu da qışa qədər işıqlandırma sistemi ilə təmin olunacaq.

Qeyd edək ki, PFL-in yeni tələblərinə görə, stadionunda işıqlandırma sistemi ollmayan klub ilk dövrədəki bütün ev oyunlarını səfərdə keçirəcək.