Azərbaycan millisi AÇ-də 16-cı oldu
- 19:30
- 40
Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda sonuncu oyununu keçirib.
Rekord.az xəbər verir ki, yığmamız 15-16-cı yerlər uğrunda görüşdə İslandiya seçməsinə 73:91 hesabı ilə məğlub olub.
Beləliklə, komanda Avropa çempionatını 22 komanda arasında 16-cı olaraq tamamlayıb.