Yardımlıda kəmər dərəcələri üzvrə imtahan və region birinciliyi keçiriləcək
- 17:40
- 35
İyulun 2-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Yardımlı Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Rekord.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
U-14 və U-17 yeniyetmələr arasında Cənub bölgəsi region birincilikləri də Yardımlıda keçiriləcək. Yardımlı Olimpiya İdman Kompleksində baş tutacaq yarışda ümumilikdə 126 idmançı mübarizə aparacaq.
Turnirin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə qeydə alınacaq nəticələr idmançılara Azərbaycan yığmasının heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Qeyd edək ki, region birincilikləri iyulun 3 və 4-də təşkil olunacaq.