Xırdalanda seminar
- 22:00
- 35
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Xırdalan şəhəri “Dragon İdman Klubu”-da seminar təşkil olunub.
Rekord.az xəbər verir ki, seminarda kyokuşinkay idman növü üzrə məşqçi-müəllim Elşad Əliyev və hüquqşünas Ruslan Cəlilov iştirak edib.
Seminarın keçirilməsində məqsəd rayonda “İnsan hüquqları aylığı”nın qeyd edilməsi, gənc idmanşıların bu sahədə mariflənməsi, sağlam həyat tərzinin təbliği, inkişafı və gənclərin asudə vaxtının səmərəli təşkilidir.
Tədbirə 40-a yaxın yeniyetmə və gənc qatılıb. Yekunda tədbir iştirakçıları ilə xatirə fotolorı çəkilib.