Azərbaycanın 2-ci Liqa təmsilçisi "Xankəndi" komandası baş  məşqçi İbrahim Uzunca ilə müqavilə müddətini uzadıb. 


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.


Ötən mövsüm komandanı Region Liqasının çempionu edən 63 yaşlı mütəxəssislə bir illik anlaşma imzalanıb.


Uzunca karyerası ərzində Azərbaycanda "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ Quba", "Xan Lənkəran" və "Dinamo" klublarını çalışdırıb. Türkiyədə isə "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir", BÇ "Mimaroba" ("Küçükçekmece") və "Osmaniyespor"da baş məşqçi kimi fəaliyyət göstərib.