AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, QOLAT Sport Service və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində “Dəniz Mall” qarşısında AFFA-ya məxsus 6x10 metr ölçüdə ikinci minifutbol meydançası qurulub.


Rekord.az xəbər verir ki, mayın 22-dək fəaliyyət göstərəcək meydançada AFFA-nın sosial layihələrində iştirak edən uşaqlar saat 15:00–19:00 aralığında müxtəlif futbol fəaliyyətlərinə qoşulacaqlar.


Eyni zamanda, qonaqlar və futbolsevərlər də bu fəaliyyətlərdə iştirak edə biləcəklər.


Qeyd edək ki, əraziyə giriş sərbəstdir.