Vüsalın komandasından inamlı qələbə
- 13:20
- 28
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Super Liqasında 15-ci turun oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda səfərdə “Tirana” ilə qarşılaşıb.
"Partizani" bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb. 30 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Partizani" 20 xalla 6-cı yerdədir.