Vernidubun Kaşuk israrı
- 15:00
- 45
"Neftçi"nin baş məşqçisi Yuri Vernidubun "Qarabağ"ın futbolçusu Kaşuku istəməsi heç kimə sirr deyil.
Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis həmyerlisini öz yanına gətirmək istəyir.
Son günlər isə məlum olub ki, sözügedən futbolçu Qurban Qurbanovun gələcək planlarına daxil deyil. Bu mənada Kaşuk böyük ölçüdə yayda "Qarabağ"dan ayrılacaq. Lakin məsələ budur ki, onu "Sabah" da istəyir. Artıq burada futbolçunun seçimi və maddi məsələ önəm daşıyacaq. Lakin Vernidub həmyerlisinin "Neftçi"yə aparmaqda israrlıdır.