"Kəpəz" klubu futbolçusu Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.


Portuqaliyalı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.


Xatırladaq ki, Verdaska başa çatan mövsümdə Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb. O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasını geyinib.