
“Valyadolid”dən “Turan Tovuz”a!
- 16:22
- 31
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Tovuz klubu braziliyalı futbolçu Enrike Silvanı heyətinə qatıb.
Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib.
Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.