II Liqanı son turunda "Şəki Siti" ilə vacib oyuna çıxacaq "Ağstafa gəncləri"ndə ciddi itkilər var.

Rekord.az xəbər verir ki, komandanın beş futbolçusu cəza səbəbindən bu oyunu burxacaq.

Bunlar Ramin Süleymanov, Elgün Namazov, Turan Məmmədov, Eşqin Kərimli, Kamran Hüseynovdur.

Qeyd edək ki, turnir cədvəlində sonuncu pillədə yer alan "Ağstafa Gəncləri" liqada yerini qorumaq üçün bu oyunda mütləq qələbə qazanmalı, "Göygöl" və "Araz Saatlı"nın xal itirməsinə ümid etməlidir.