Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı davam edir.


Rekord.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşində 3, qadın güləşində isə 5 çəkidə finalçılar müəyyənləşib.


Yunan-Roma güləşi


İbrahim Məmmədzadə (68 kq) yunanıstanlı Angelis Perdikarisi (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rustam Nexayla bacarmayıb – 0:10.


Süleyman Verdiyev (75 kq) ermənistanlı Arman Ginosyanı (4:1) məğlub etsə də, 1/4 finalda rusiyalı Ammar Mendoxova 2:10 hesabıyla uduzub.


Fikrət Baxşəliyev (85 kq) 1/8 finalda türkiyəli Kerem Uzunla görüşdən məyus ayrılıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Fikrət təsəlliverici görüşə çıxacaq.


Qadın güləşi


Ülviyyə Musayeva (33 kq) polşalı İnes Şimçakla ukraynalı Viktoriya Pervaçukun kürəyini yerə sıxaraq “tuş”la qələbə qazanıb. Həmyerlimiz sabah finalda türkiyəli Yağmur Minazla güləşəcək.


Nərgiz Cəfərzadə (39 kq) təsnifat mərhələsində ukraynalı Sofiya Protsivaya minimal fərqlə (8:9) məğlub olub.


Mədinə Kərimova (46 kq) debütdə moldovalı Rusalina Portaruya 3:9 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Mədinə sabah təsəlliverici görüşə çıxacaq.


Ləman Əliyeva (54 kq) 1/8 finalda ukraynalı Tereza Tkaçişinlə (0:10), Aylin Həsənli (62 kq) isə eyni mərhələdə yunanıstanlı Elli Brousayla (1:6) baacarmayıb.