Ukrayna millisində əcnəbi baş məşqçi
- 15:15
- 34
Futbol üzrə Ukrayna millisinə ilk dəfə əcnəbi baş məşqçi təyin olunub.
Rekord.az Ukrayna Futbol Assosiasiyasına (UAF) istinadən xəbər verir ki, bu posta italiyalı Andrea Maldera gətirilib.
54 yaşlı mütəxəssislə müddəti uzadıla bilmə şərti ilə 2 illik müqavilə imzalanıb. Bununla da Ukrayna yığmasının tarixində ilk dəfə "sükan arxasına" əcnəbi baş məşqçi keçib.
Maldera karyerası ərzində İtaliyanın "Milan", İngiltərənin "Brayton" və Fransanın "Olimpik” (Marsel) klublarında, həmçinin 2016-2021-ci illərdə Ukrayna millisinə rəhbərlik etmiş Andrey Şevçenkonun məşqçilər korpusunda köməkçi kimi fəaliyyət göstərib.