UEFA "Atletiko"nun futbolçusu Stefan Saviçi 4 oyunluq cəzalandırıb.

Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna monteneqrolu müdafiəçinin  Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları cavab matçındakı davranışı səbəb olub.

Oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu gprüşün baş hakimi Daniele Orsatonu təhqir edib.

Matçın 82-ci dəqiqəsində rəqib futbolçusu Antonio Rudigeri dirsəyi ilə vuran Saviç UEFA-nın Nizam-intizam komitəsinin qərarı ilə avrokuboklarda 4 oyunu buraxacaq.