U-20 Pakistanla oynayacaq
- 15:22
- 34
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, U-20 Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
İyunun 9-da Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:30-da başlanacaq. Qeyd edək ki, U-20 millimiz iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq