16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası 19–22 noyabr tarixlərində Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) iştirak edib. "Rekord.az" xəbər verir ki, yarışda komandamız baş məşqçi Cahangir Seyed Abbasinin rəhbərliyi ilə çıxış edib.

B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşan millimiz hər iki oyunda məğlub olub.

A qrupunda Polşa, Estoniya və Ukrayna milliləri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Ukrayna millisi ilə qarşılaşan komandanız rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.

Çempionatın finalında Polşa millisi Latviya yığmasını 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub. Bununla da Polşa yığması 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

B qrupu

   Latviya – Azərbaycan 3:0 (25:20, 25:13, 25:15)

   Azərbaycan – Finlandiya 1:3 (25:20, 17:25, 12:25, 16:25)

5-ci yer uğrunda oyun

   Azərbaycan – Ukrayna 3:0 (25:15, 25:18, 25:20)