Gələn həftə keçiriləcək voleybol üzrə ölkə çempionatı və avrokuboklardakı oyunların vaxtı açıqlanıb. "Rekord.az" xəbər verir ki,  23-29 noyabr tarixlərində Suepr Liqa ilə yanaşı, Çempionlar Liqası və Çelenc Kubokunda qarşılaşmalar baş tutacaq.

Qadınlardan ibarət "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. Bu yarışda çıxış edən kişilərdən ibarət "Xilasedici" klubu səfərdə 3-cü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

Qadınlardan ibarət "DH Volley" klubu isə doğma meydanda Çelenc Kubokunda 1/16 final mərhələsində ilk oyununu keçirəcək.

Qeyd edək ki, kişi voleybolçuların Super Liqasının VI turunda keçirilməsi nəzərdə tutulan “Xilasedici” – “Neftçi” qarşılaşması “Xilasedici” komandasının Çempionlar Liqasında səfər oyunu ilə eyni vaxta təsadüf etdiyindən təxirə salınıb.

24 noyabr

Super Liqa (qadınlar)

IV tur

   16:00. “Milli Aviasiya Akademiyası” - “Naxçıvan”

24 noyabr

Super Liqa (kişilər)

VI tur

   16:00. “Murov Az Terminal” – “ORDU”

25 noyabr

CEV Çempionlar Liqası (qadınlar)

D qrupu

   21:30. “Savino Del Bene SCANDICCI” – “Turan”

26 noyabr

CEV Çempionlar Liqası (kişilər)

3-cü təsnifat mərhələsi, cavab oyunu

   23:00. “ACH Volley LJUBLJANA” - “Xilasedici”

26 noyabr

CEV Çelenc Kuboku (qadınlar)

1/16 final mərhələsi, 1-ci oyun

   18:00. “DH Volley” - “LKS Commercecon LODZ”

26 noyabr

Super Liqa (kişilər)

VI tur

   17:00. “Gənclər” - “AZERRAIL”

27 noyabr

Super Liqa (qadınlar)

IV tur

   16:00. “AZERRAIL” - “Murov Az Terminal”

28 noyabr

Super Liqa (qadınlar)

IV tur

   14:00. “Azərmaş Abşeron” – “Turan”

28 noyabr

Super Liqa (qadınlar)

IV tur

   15:00. “Gəncə” – UNEC

29 noyabr

Super Liqa (kişilər)

V tur (təxirə düşən oyun)

   14:00. “Gənclər” – “Neftçi”