Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirlib.


Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.


Qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.