"Şəfa" bu gün Misli Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə qarşılaşıb.


Rekord.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib. Həşimov oyun haqda geniş danışılası nəsə olmadığını bildirib:


"Oyun haqda geniş danışılası nəsə yoxdur. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodları olmadı. Daha sonra qol buraxdıqdan sonra gözlənilirdi ki, irəli atılacağıq. Belədə rəqib əks-hücumda fərqi artırdı. 


Hücum xəttində problemlərimiz var. Məsuliyyət mənim üzərimdədir. Amma bu vəziyyətdən mən tək çıxmalı deyiləm. Rəhbərliklə əl-ələ verib, çətinliklərimzi geridə qoymalıyıq".


"Şəfa" növbəti turda "İmişli"nin qonağı olacaq.