Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir. 


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" doğma meydanda "Vidzev"lə qarşılaşıb.


Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emreli matça start heyətində başlayıb və görüşün 77-ci dəqiqəsində əvəzlənib. 


Bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran "Rakuv" turnir cədvəlinin 13-cü pilləsinə yüksəlib.