“Barselona” sabah Bakıya gəlir
- 16:00
- 28
“Barselona”nın Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində “Sabah”a qarşı Bakıda keçiriləcək səfər oyunu ilə bağlı planları dəqiqləşib.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi oyundan iki gün əvvəl, noyabrın 23-də axşam saat 21:00-da Bakıya gələcək.
Ertəsi gün Bakı Olimpiya Stadionunda “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Bu tədbirə isə saat 19:15-də start veriləcək. Bundan 45 dəqiqə sonra isə komanda həmin stadionda son məşqinə çıxacaq.
“Sabah” və “Barselona” arasındakı qarşılaşma noyabrın 25-də keçiriləcək və oyuna saat 21:45-də start veriləcək.