16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası 19–22 noyabr tarixlərində Estoniyanın Kaariku şəhərində keçirilən Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) iştirak edib. "Rekord.az" xəbər verir ki, B qrupunda mübarizə aparan millimiz Estoniya, Ukrayna və Litva yığmaları ilə qarşılaşıb.

Qızlarımız qrup mərhələsində Litva üzərində 3:1 hesablı qələbə qazanıb, Ukraynaya 1:3, Estoniyaya isə 2:3 hesabı ilə məğlub olub.

A qrupunda Polşa, Gürcüstan və Finlandiya milliləri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Gürcüstanla qarşılaşan Azərbaycan millisi rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.

Çempionatın finalında Polşa millisi Ukrayna yığmasını 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub. Bununla da Polşa yığması 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

B qrupu

   Estoniya – Azərbaycan 3:2 (25:15, 25:17, 21:25, 20:25, 15:10)

   Ukrayna – Azərbaycan 3:1 (20:25, 25:18, 25:19, 25:21)

   Azərbaycan – Litva 3:1 (25:16, 23:25, 25:23, 27:25)

5-ci yer uğrunda oyun

   Azərbaycan – Gürcüstan 3:0 (25:11, 25:19, 25:12)