“Belə qollar buraxmamalıyıq” - Vernidub
- 17:30
- 32
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Araz-Naxçıvan”la oyunundan sonra mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis 3:1 hesablı qələbə ilə bağlı bunları deyib:
“Qalib gəldiyimiz üçün sevinirəm. Futbolçulara dedim ki, “Araz-Naxçıvan” sonuncu pillədə olsa da, bu, onların öz yeri deyil. Nəzərə alaq ki, burada süni örtüklü meydançada oynayırdıq. Onlar burada daimi oynayırlar, biz isə yox. Bu baxımdan, bəzən topa nəzarətdə problem yaranırdı, futbolçular topu itirirdi. Məni məyus edən hal odur ki, sonda bir qol buraxdıq. Biz hazırda turnir cədvəlində elə yerdəyik ki, belə qollar buraxmamalıyıq. Bilirsiz, bu, mənim üçün sanki bal çəlləyinə acı bir şey qatmaq kimi oldu. Daha bir neçə qol vura bilərdik. Oyunu təhlik edəcəyik, nəticələr də çıxaracağıq.
Azarkeşlərimizə təşəkkür edirəm. Hər zaman “Neftçi”nin yanındadırlar, bu gün də bizə yüksək səviyyədə azarkeşlik etdilər”.