Ferstappen Las-Veqas qran-prisini qazandı
- 12:30
- 21
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" maşınları sinfində avtoyarışlar üzrə dünya çempionatının 21-ci mərhələsi - Las-Veqas Qran-prisinin qalibi olub.
Rekord.az xəbər verir ki, ikinci yeri "Maklaren"in britaniyalı pilotu Lando Norris tutub, mükafatçılar üçlüyünü isə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.
Dünya çempionatının növbəti mərhələsi - Qətər Qran-prisi noyabrın 27-dən 29-dək keçiriləcək.
Nəticələrin yoxlanılması Maks Ferstappenin qələbəsini təsdiqləyir. "The Guardian"a əsasən, yarış 50 dövrədən ibarət olub, bir neçə qəza və təhlükəsizlik avtomobilinin trasa çıxması ilə müşayiət olunub.