Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir. “Rekord.az” xəbər verir ki,  “Seçim günü” Bakıda və regionlarda fəaliyyət göstərən Regional Voleybol Klublarında (RVK) məşq edən 2014 və 2015-ci il təvəllüdlü idmançılar arasında təşkil olunacaq.

Seçimlər 2026-cı ilin noyabr, dekabr və 2027-ci ilin yanvar ayları ərzində  keçiriləcək.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Gökhan Edman tərəfindən aparılacaq seçimlərdə fərqlənəcək voleybolçular müvafiq yaş qrupları üzrə milli komandalara cəlb ediləcəklər.

“Seçim günü”nün təqvimi:

   28-29 noyabr, 2026 – Sumqayıt RVK, Şərqi Zəngəzur RVK 

   5-6 dekabr, 2026 – Oğuz RVK

   19-20 dekabr, 2026 - Gəncə RVK, Turan Voleybol Akademiyası

   9-10 yanvar, 2027 – AVF-nin Naxçıvan filialı

   16-17 yanvar, 2027 - Bakı RVK