Turun son oyununda “Neftçi” sevindi
- 21:30
- 32
Azərbaycan Basketbol Liqasında 10-cu tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu matçda "Neftçi" NTD ilə üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 106:89.
10-cu turda "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" "Quba"nı (78:69), "Ordu" "Lənkəran"ı (84:72), "Gəncə" "Şəki"ni (78:73), "Abşeron Lions" "Sabah"ı (101:97) məğlub edib.